Enron qalmaqalı – Milyard dollarlıq sərvətin 24 gündə məhvi!

Enron qalmaqalı ilə tarixə iz salan şirkət, batan və ya batmış kimi görünən sərvət…

Enron Amerika mənşəli nəhəng bir şirkət idi. Bu şirkətin hekayəsi 1985-ci ildə iki böyük enerji şirkəti – Natural Gas və İnterNorth adlı şirkətlərinin birləşməsi ilə başladı. Enron Apple və ya Gasprom ilə eyni uğura sahib idi. ABŞ-ın 7-ci ən böyük şirkəti olan bu şirkətin fəaliyyət sahəsi demək olar ki, bütün dünyaya yayılmışdı. Günümüzdə bazarda əsas diqqətcəlb edən sektor texnologiya olduğu kimi, o dövrdə əsas fokus enerjidə idi.

Qanuna görə, bir əyalətdən 1 dollara aldığı enerjini, digər bir əyalətə 5 dollara satmaq olardı. Bu qanunla birlikdə təbii qazın qiymətində tələb təklif balansı yarandı. Kenneth Lay-in yaratdığı bu şirkət öz dövründə bir neçə dəfə innovativ şirkət adını qazanmışdı. Enron-un innovasiyadakı uğurunun əsas səbəbi 90-cı illərdəki enerji paylanması sistemi ilə bağlı idi. Çünki o dövrdə təbii qazın paylanması əyalətin təyin etdiyi şirkətlər tərəfindən edilirdi və Kenneth Lay-in siyasi əlaqələri güclü idi və George W. Bush ilə də yaxın idi.

Bush-un Amerika prezidenti olduğu vaxtlarda yeni bir qanun çıxdı və bu qanuna əsasən, fərqli şirkətlər fərqli əyalətlərə təbii qaz tədarük edə biləcəkdi. Təbii ki, Enron bu qanundan faydalanma imkanını əldən vermir. Paylanma işində xeyli qazanc əldə edən Enron korporativ qərargahını Texas ştatının Hyuston şəhərinə köçürür.

Enron eyni modeli elektirik, internet, sığorta və reklam sahələrində də tətbiq etməyə başladı. Bununla da şirkət bir çox müqavilərə imza atdı. Bu müqavilərlədə bəzi təhriflərə yol verdi. Məsələn, A şirkəti ilə imzaladığı müqavilədə növbəti 20 ildə qazanmağı hədəflədiyi və ya gözlədiyi məbləği sənədləşmədə artıq qazanmış kimi qələmə verdi. Təbii, bu sənədlər gəlir gətirdiyi kimi, zərərə də səbəb olur. Şirkət zərərlərini tərkibində olan kiçik şirkətlərə ötürür. Mənfəəti isə özlərinə saxlayır. Nəticədə şirkətin maliyyə göstəricilərinə baxan sərmayəçilər şirkətin artan gəlir qrafikini görmüş olur. Bu isə yeni Enron üçün yeni qazanc demək idi. Sərmayələr artdıqca şirkətin birja dəyəri də artmağa davam edir. Şirkət 2000-ci ildə 101 milyon dollar gəlir əldə edir. Hətta bu gəlirinə görə 2000-ci ildə Fortune jurnalında ən innovativ şirkətlər siyahısında 1-ci yeri tutur.

Lakin 5 mart 2001-ci ildə Bethany McLean Fortune jurnalında “Enrona çox dəyər verilir?” adlı bir məqalə yazır. Bu məqalə ilə diqqətlər Enrona yönəlməyə başlayır. McLean sonradan verdiyi müsahibələrin birində məqaləni yazdığı dövrdə Enronun maliyyə vəziyyətindən xəbərdar olmadığını, araşdırma zamanı rəqəmlərin onu çaşdırdığını, hətta şirkətin tam olaraq nə ilə məşğul olduğunu anlamadığını etiraf edir.

Enronun yüksək gəlirlilik təqdimatı onun fəaliyyətindəki sirləri gizli saxlaya bilmədi. 22 oktyabr 2001-ci ildə ABŞ-ın qiymətli kağızlar və birja komissiyasının apardığı araşdırma nəticəsində məlum olur ki, Enronun 591 mln USD zərəri, 628 mln USD isə borcu var. Nəticədə 90 USD səviyyəsində olan hissə sənədləri bir aya 0.26 USD səviyyəsinə düşür.

Şirkətin qurucusu Kenneth Lay və Jeffrey Skilling məhkəməyə verilir. Lay məhkəmə nəticələri açıqlanmadan 64 yaşında infarkt keçirərək ölür. Skilling isə 24 il həbs cəzası alır. Enronun məhvi 85 min insanın işini itirməsinə, ABŞ iqtisadiyyatının 65 milyard dollar zərərə məruz qalmasına səbəb oldu.

Bu qalmaqalla bütün dünyada audit qanunları dəyişdirildi, hər ölkədə Sarbanes Oxley qanunu əsas götürüldü. Enron qalmaqalı haqqında daha ətraflı məlumat öyrənmək istəyənlər “The Smartest Guys In The Room” filmini izləyə və eyni adlı kitabı oxuya bilərlər.

P.S. Wall Street Journal-ın məlumatına görə, Jeffrey Skilling həbs cəzasını tamamlayıb və gözünü kriptovalyuta bazarlarına dikib. Deyilənə görə Skilling artıq yeni layihə üzərində çalışır. O bu layihə üçün çox həyəcanlı olduğunu və həbsdən çıxana kimi kiminsə onun ideyasını reallaşdıra biləcəyi qorxsunu yaşadığını bildirib…

Yenə yeni bir Enron qalmaqalı? 🙂

A/B testing nədir?

A/B testing-i bir növ “virtual təcrübə” də adlandırmaq olar. A/B tesləri məhsul (xidmət) üçün hansı təklif strategiyasının daha effektiv olacağını sizə göstərir. Daha asan dillə desək, müştərinin məhsulunuzu necə görmək istədiyini A/B testləri vasitəsilə öyrənə bilərsiniz.

A/B testlərini hər bir sahədə yoxlaya bilərsiniz: Saytlar, tətbiqlər, reklamlar və s. Günümüzdə reklam kanalları da bu da üstünlüyü bizlərə təqdim edir.

Tutaq ki, siz online ticarətlə məşğulsunuz. Sifariş bölməsində kiçik amma diqqət cəlb edəcək dəyişikliklər etmək və bununla da satışlarınızı artırmaq istəyirsiniz. Bəs həqiqətən də bu dəyişikliyə müştəriləriniz açıqdırmı? Bunu A/B testing vasitəsilə öyrənə bilərsiniz. Səhifəni yaradıb əvvəki səhifə ilə eyni dərəcədə müştərilərinizə təqdim edirsiniz və nəticələrə əsasən doğru yolda olub-olmadığınızı özünüz müəyyənləşdirirsiniz. Qeyd etdiyim kimi bu üsulu eyni zamanda sosial mediada verdiyiniz reklamlarda da yoxlaya bilərsiniz.

A/B testi edərkən maliyyə vəziyyətinizi də göz qarşısında saxlamalısınız. Əgər yeni biznes sahibisinizsə yaxşı olar ki, ilkin etapda kiçik miqyaslı testlər həyata keçirəsiniz.

A/B tesləri zamanı aşağıdakı addımları nəzərdə saxlayın:

  1. Özünüzü tanıyın – İlk öncə saytınızın və ya tətbiqinizin vəziyyətindən xəbədar olmalısınız. Üstün və zəif tərəflərinizi müəyyən etməli, nəyə nasil olmaq istədiyinizi bilməlisiniz.
  2. Hədəflərinizi təyin edin – İndi nə etmək istədiyinizi təyin etməli və hədəflərinizlə hədəf kütləmnizi birləşdirməyə çalışmalısınız.
  3. Versiyalarınızı yaradın – Test üçün versiyalarını yaradın və bunu edərkən diqqətli olun. Unutmayın ki, bunları müştəriləriniz görəcək və siz bunun üçün maliyyə və vaxt sərf edirsiniz.
  4. 2 həftə test – Testinizin ən az 2 həftə yayında olmasına fikir verin.
  5. Aktiv olun – Yayımladığınız versiyaların hədəf kütlənizə çatdığından və aktiv olduğundan əmin olun.
  6. Hədəf kütlənizi qarışdırmayın – Eyni insanların iki fərqli versiyanı görmədiyindən əmin olun.
  7. Analiz edin – Test nəticlərini diqqətlə analiz edin.
  8. Nəticə çıxardın – Nəticələri ilkin məlumatlarla qarşılaşdırdıqdan sonra lazımi dəyişiklikləri həyata keçirə bilərsiniz.

Google Adwords agentliyi A/B testinq zamanı bir neçə məsələdə diqqətli olunmasını tövsiyyə edir.  Parametrləri təyin etdikdən sonra ən effektiv testi həyata keçirmək üçün mütləq auditoriya trafikini bərabər bölmək lazımdır. Dəyişənlərdən başqa bütün göstəricilərin balanslı və ədalətli paylanması lazımdır. Yoxsa testin uğuru haqqında danışmaq mümkün olmaz.

Tutaq ki, reklam vizualımız var və onun hansı halda daha çox klik alacağını ölçmək istəyirik. Eyni məqsədli lakin iki fərqli vizualı test edirik. Hansına daha çox klik gəldiyinə baxmaq istəyirik, lakin A testinin büdcəsinin B testindən çox olduğunu görürük. İki reklam üzrə reklam büdcəsi və vizualla birlikdə ümumilikdə 4 dəyişənimiz var. 4 dəyişənli bir testdə hansı nəticənin düzgün olduğunu müəyyən edə bilmərik. Klikə büdcə, yoxsa vizual təsir edib, bunu müəyyənləşdirmək çətindir. Ona görə də bir testin 2-dən çox dəyişənin olması məsləhət deyil. A/B testi üçün mütləq vaxt və büdcə dəyərləndirməsini düzgün etməlisiniz. Düzgün edilməmiş planlaşdırma nəinki xərclərinizə, eyni zmanda brendinizə də zərər vura bilər.

A/B testi etmək istəyənlər üçün aşağıdakı vasitələr yardımçı ola bilər:

Google Website Optimizer – Veb-saytlar üçün Google tərəfindən təqdim olunan ödənişsiz test vasitəsidir. Sələflərindən ən böyük fərqi Google Google Analytics hesabınız ilə birlikdə çalışmasıdır. Bu xüsusiyyət sayəsində sınaqların nəticəsilərini Analytics hesabınızdan izləyə bilərsiniz.

Max A/B – WordPress-də A/B testləri etmək üçün yaradılmış ödənişsiz əlavə.

Webtrends – A/B testi üçün istifadə edə biləcəyiniz ödənişli vasitələrdən biri də Webtrends’tir.

Unbounce – Landing page hazırlamaqla yanaşı bu page-lərdə sınaqlar həyata keçirməyə imkan verən ödənişli vasitə.

Facebook – Kampaniyalar üzrə hazırladığınız kreativlər, hədəf kütlələri, mətnlər üzərində A/B testləri etmənizə imkan verir.

Plaza dili (Biznes dili) nədir?

“Anacan, pls pəncərə silməyi gələn həftə üçün schedule edərik” deyirsiniz, və kimsə sizi anlamır? Təbriklər, siz plaza dilinə (Biznes dili) tam hakimsiniz 🙂

Plaza dili nədir?

Plaza dili – Şirkət çalışanlarının öz aralarında istifadə etdikləri dil növü olub, ingilis dili ilə ana dilin birləşməsindən əmələ gəlmişdir. Siz bu dildə evinizdə, kəndinizdə, məhəllənizdə danışsanız sizi anlamaya bilərlər. Ona görə də bu dildən istifadə yerləri elə şirkətlər, plazalar olsa yaxşıdır. Dərzinizə “sizə bu pencək üçün brief verəcəyəm” deməməyiniz isə məsləhətdir 🙂

Plaza dilinə aid bəzi terminləri təqdim edirəm:

Schedule etmək: Planlaşdırmaq
Növbəti iclası schedule etdim.

Deadline: Bir iş və ya tapşırığın bitiş zamanı.

Deadline üçün çox az vaxt qalıb, bəlkə bir az tələsəsən?

Push etmək : bir işi sürətləndirmək, irəli aparmaq

Mən bir həftədir səni push edirəm, lakin hələ də bir nəticə yoxdur.

Feedback: Geridönüş
Mən sizdən feedback gözləyirəm ki, işi davam etdirim.

Focuslanmak: Diqqəti toplamaq

Hal-hazırda heç bir yerə gedə bilmərəm, tamamən işə focuslanmışam.

Attach etmek: E-mailə fayl əlavə etmək
Göndərdiyiniz e-maildə təqdimatı attach etdiniz?

Brainstorming: Beyin fırtınası, düşünmək, ideya yaratmaq.

Bu layihə üçün 2 gecədir brainstorming edirik.

Brief: Bir iş və ya layihə ilə əlaqədar detallı məlumat vermək
Siz mənə brieflərinizi verin ki, mən sizin istədiyiniz işi təhvil verə bilim.

Confidential: Gizli
Bu layihə çox confidential-dır. Xahiş edirik gizliliyi qoruyaq.

Down olmaq: Əhvalın düşməsi
Bu ayın nəticələrindən sonra çox down olmuşam.

Ignore etmək: görməməzlikdən gəlmək

Bütün günü zəng etmişəm, adam məni ignore edir.

Meeting: İclas
Çox yorulmuşam, bütün günü meetingdə idim.

Team: komanda

Bu team ilə bacara bilmədiyimiz iş yoxdur!

Timeline: zamanlama
Sənin problemin timelinedir. Ona görə işlərini çatdırmırsan.

Update etmək: yenilənmə
Bütün məlumatlar update olunub, yenidən oxumalıyam.

Sizin də həmişə istifadə etdiyiniz sözlər varsa, rəylərdə əlavə edə bilərsiniz.

Sosial Media İdarəsi üçün köməkçi vasitələr

Sosial mediada uğur əldə etmək onunla düzgün işləməklə başlayır. Doğru seçilmiş vizual və ünvanlanmış mesaj, düzgün hədəf kütlə sizi çatmaq istədiyiniz yerə mütləq aparacaqdır. Vaxtı ilə sadəcə paylaşım etmək üçün istifadə etdiyimiz bu dünya, günümüzdə bir çoxumuzun işi və gəlir mənbəyidir.

Siz əgər çox sayda hesab idarə edirsinizsə, aşağıda adlarını sadaladığım vasitələr bu yolda sizin əlinizdən tutacaq. Özümün də istifadə etdiyim və araşdırma zamanı tanış olduğum həmin vasitələri sizə təqdim edirəm 🙂

  1. Facebook Creator Studio – Facebook-un səhifə idarəçiləri üçün özünün yaratdığı pulsuz bir xidmət. Bu xidmət sayəsində istər Facebook, istərsə də İnstagram üzərindən postlarınızı planlaya (schedule), paylaşımlar edə bilərsiniz. Facebook story paylaşımını da edə biləcəyiniz platformada instagram storylərinin paylaşımı etmək hələ ki mümkün deyil.
  2. HootSuite – HootSuite da eyni zamanda idarə etdiyiniz bütün sosial media hesablarınızda paylaşım imkanı verir. Proqram ödənişlidir. Lakin 1 aylıq pulsuz istifadə imkanı da təqdim edir.
  3. Buffer – Buffer vasitəsilə də paylaşımlarınızı bir yerdən idarə edə bilərsiniz. Əlavə olaraq Buffer sizə paylaşım nümunələri də təqdim edir. İlk istifadənizdə sizə 14 günlük pulsuz versiyasını təqdim edir.
  4. Canva – Canva ilə bir-birindən maraqlı və rəngarəng vizuallar hazırlaya bilərsiniz. Bunun üçün photoshopu bilməyinizə ehtiyac yoxdur. Canva özü sizə yardımçı olacaqdır. İstər vizual, video, istər təqdimatlar, istər dəvətnamələr, istərsə də vizit kartlar hazırlaya bilərsiniz. Ağlınıza gələ biləcək hər şey Canva-da mövcuddur. Ödənişli versiyasında isə fərqli üstünlüklər sizi gözləyəcək.
  5. Removebg – Sizə şəkillərinizin arxa fonunu təmizləmənizə yardımçı olacaqdır. Sadəcə şəkli yükləyin, qalan iş onluqdur 🙂
  6. Keyfiyyətli şəkilər yükləmək istəyirsinizsə – Shutterstock, Freepik, Pexels, Depositphotos
  7. Videolar istəyirsinizsə – Shutterstock, Freestock, Mixkit.co, Videezy sizə yardımçı ola bilər.

Siz də faydalı bildiyiniz proqramların adlarını rəylərə yaza bilərsiniz.

Təşəkkürlər 🙂