İnbound marketinq nədir?

İnternet həyatımıza olduqca böyük sürətlə daxil olur. Hər gün yeni fikirlər, yeni terminlər  formalaşır.
Bütün bu yeniliklərin nəticəsidir ki, şirkətlər artıq marketinq fəaliyyətlərini  internet üzərində qurmağa çalışırlar.
Hal-hazırda internet mühitində müxtəlif marketinq strategiyaları olsa da, onlar arasında ən ön plana çıxan marketinq metodu Inbound Marketing-dir.

Inbound Marketinq nədir?
Fərz edək ki, sizin şirkətiniz (veb-sayt və ya blog) var. Lakin reklama sərf edə biləcəyiniz büdcə yoxdur. Bu yerdə sizə Inbound Marketinq yardımçı olacaqdır.
Bu elə bir marketing strategiyasıdır ki, burada müştərini bezdirərək özünü tanıtmırsan, əksinə, axtarılan və tövsiyyə edilən biri olaraq özünü müştəriyə təqdim edirsən.
Qısacası Inbound Marketinq-in əsasında “paylaşmaq” durur.
Marketinqin düzgün yerdə, düzgün texnikalar ilə təqdim edilməsi olduqca vacibdir.
Inbound Marketinqə görə edilən paylaşımlar olduqca önəmlidir. Çünki hədəf kütlə bəyəndiyi məzmunu digər insanlarla paylaşacaq. Bu metodla, bir məzmun üzərindən əldə etdiyiniz ziyarətçiləri müştəriyə çevirə bilərsiniz.
Bəs Inbound marketinq necə edilir?
Bu marketinq metodunda ən əhəmiyyətli hissə məzmun və zamandır. Doğru yer və zamanda doğru məzmunu yayımlayaraq, müştərilərin marağını çəkərsiniz.
Bu marketinq növündə 4 marketinq fəaliyyətindən istifadə edərək istənilən nəticəyə çata bilərsiniz.

Əvvəlcə yaratdığınız məzmunla sizə lazım olan hədəf kütləni yığırsınız. Bu üçün blog yarada bilər, sosial mediada paylaşımlar edə bilər və SEO-dan faydalana bilərsiniz
Daha sonra həmin kütləni potensial müştəriyə və daha sonra isə real müştəriyə çevirirsiniz.
Bunun üçün forumlardan, səhifələrdən, çağırışlardan istifadə edə bilərsiniz.
Inbound marketinq-in vəzifəsi burada sona çatmır; satış sonrası müştəri məmnuniyyətini təmin edərək yeni ziyarətçilər və müştərilər də əldə bilərsiniz.
Bu marketinq strategiyasına görə bir dəfə müştəri olmuş şəxs birdəfəlik deyil, uzunmüddətli sizin müştəriniz olmalıdır. Bu baxımdan onu məmnun etmək vacibdir. Bu sayədə mövcud müştərilərinizi də qoruyaraq müsbət istinad əldə etmiş olacaqsınız. Sosial media, e poçt ilə “razı sal” müddətində uğur qazana bilərsiniz.
Inbound marketinq üsulları ilə bir məhsuldan xəbəri olmayan biri (yad/xarici) bir müddət sonra brendinizin fanatı halına gələ bilər.
Unutmayın ki, düzgün zamanda, düzgün texnikalar ilə atılan addımlar hər zaman müsbət nəticələr gətirir.